Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:24

Yesenin Bakıda - Təfsilatı ilə yeni kitabda


-

Rus ədəbiyyatı üzrə mütəxəssis İsaxan İsaxanlının məşhur rus şairi Sergey Yeseninin Azərbaycanda keçirdiyi günlər haqda araşdırması kitab oldu.

“Şeir gülüstanının təkrarolunmaz çiçəyi – Serqey Yesenin” adlanan kitabda şairlə bağlı maraqlı materiallar və fotoşəkillər yer alıb.

Yeseninin əsərlərinin Azərbaycan dilinə tərcümələri geniş şəkildə təhlil edilib, tərcümələrin keyfiyyəti və səviyyəsi haqqında fikir formalaşdırılıb.

Kitabda, həmçinin müxtəlif vaxtlarda azərbaycanlı müəlliflərin Yeseninə həsr etdikləri şeirlər bir yerə toplanıb.

Kitabı "Xəzər Universiteti Nəşriyyatı" çap edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG