Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:02

İcra başçılarının səlahiyyətləri azaldı


İlham Əliyev

Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanına dəyişiklik edib.

Ölkə başçısının oktyabrın 28-də imzaladığı fərmanla icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb.

Buna da bax:​ Deputat İcra hakimiyyətlərinin ləğvini istəyir

Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmaqla yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunur.

Ölkə başçısı mart ayında Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalamışdı. Həmin sərəncam, nazirliyin bütün rayon şöbələrinin ləğv olunmasını, şöbələrin bazaları əsasında regional idarələrin yaradılmasını nəzərdə tuturdu.

XS
SM
MD
LG