Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:01

Azərbaycan nefti ucuzlaşıb


Neft

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin 0.56 dollar ucuzlaşdığı bildirilir. Hazırda «Layt» markalı neft 49.96 dollara satılır.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin qiymətinin də 0.67 dollar düşdüyü açıqlanıb. İndi «Brent» nefti 50.79 dollar olub.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barreli isə 0.50 dollar ucuzlaşıb. Hazırda Azərbaycan neftinin bir barreli 51.72 dollardır.

«AzəriLayt» markalı neftin ən yüksək qiyməti 2008-ci ildə qeyd alınıb. Həmin vaxt Azərbaycan nefti 150 dollara qədər yüksəlmişdi.

XS
SM
MD
LG