Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Kadırovla sözü çəp gələn idmançının qızını kim döyüb?


Fyodr Yemelyanenko
Fyodr Yemelyanenko

Rusiya qarışıq əlbəyaxa döyüş ittifaqının prezidenti Fyodr Yemelyanenkonun döyülən azyaşlı qızı xəstəxanadan buraxılıb.

Bu barədə oktyabrın 13-də İnterfaks agentliyi məlumat yayıb.

“Moskovskiy komsomolets” qəzetinin yazdığına görə, Yemelyanenkonun qızı oktyabrın 9-da məktəbdən dönərkən naməlum adam onu yolda döyüb və nəticədə qız hospitala düşüb.

Həkimlər onun sinə və qarın nayihəsindən xəsarət aldığını deyirlər.

Polis faktla bağlı cinayət işi açıb. Məişət zəmnində hücum da daxil olmaqla bir neçə versiya araşdırılır.

Yemelyanenko bu günlərdə Qroznıda qarşıq əlbəyaxa döyüş üzrə uşaqlar arasında keçirilən (Grand Prix Akhmat 2016) yarışı tənqid elədiyinə görə, hədələnmişdi.

Həmin yarışda respublika lideri Ramzan Kadyrovun 3 oğlu da iştirak edib və qalib gəliblər.

Yemelyanenko yarışı kəskin tənqid edib və 12 yaşadək uşaqların hətta tamaşaçı kimi bu yarışda iştirakının yolverilməz olduğunu deyib.

Kadyrovun əmisi oğlu olan müşaviri və Dövlət Dumasının deputatı Adam Delimxanovsa buna cavab olaraq bildirib ki, Yemelyanenko Kadyrov barəsində hər sözünə görə cavab verməli olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG