Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:29

Kadyrov balacaları döyüşdürməklə qalmaqal yaratdı- [Video]


►Öz oğulları da döyüşdü...

Çeçenistan lideri Ramzan Kadırov yenə qalmaqalla gündəmə gəlib.

Oktyabrın 4-də Qroznıda onun doğum günü ərəfəsində qarışıq əlbəyaxa döyüş növü üzrə uşaqlar arasında yarış keçirilib.

Uşaqlar döyüş vaxtı əlcəkdən başqa heç bir müdafiə vasitəsi geyməyiblər.

Əsil döyüş şəraitində keçirilən turnirdə ayaqla həmlə də daxil olmaqla, başa zərbəyə də icazə verilib.

Turnirdə Kadyrovun 3 oğlu da iştirak edib: 10 yaşlı Axmad, 9 yaşlı Zəlimxan və 8 yaşlı Adəm.

Onların hamısı qalib gəlib, 14 yaşlı Axmad isə rəqibini 14 saniəyə nakauta salıb.

Rusiya “Qarışıq əlbəyaxa döyüş ittifaqı”nın (MMA) prezidenti Fyodor Yemelyanenko uşaqlar arasında belə bir turnir keçirilməsini kəskin tənqid edib və bunun sözügedən döyüş növünün bütün qaydalarına zidd olduğunu, böyüklərə xas olan real döyüş şəraitində keçirildiyini bildirib.

Uşaqları, parlamentin sədri və respublika liderinin yaxın tərəfdaşı Maqomed Daudov mükafatlandırıb.

Kadyrov uşaqlarının döyüş videosunu özünün İnstagram səhifəsində də yerləşdirib:

“Əziz dostlar! Balaca Adəm göstərdi ki, həqiqətəndə şirdir. Adəm "Grand Prix Akhmat-2016" beynəlxaq turnirin finalında David Xalatovla görüşdü. Rəqiblər güclü idi, amma Adam inamlı qələbə qazanaraq çempion kəmərinə sahib oldu. Təbrik edirəm, Adəm” deyə o yazıb.

F.Yemelyanenko deyir ki, 12 yaşadək uşaqların bu növ üzrə döyüşdə iştirakı ümumiyyətlə qadağandır, 21 yaşadək olanlar isə mütləq başına qoruyucu vasitə geyməlidir.

Ona görə də Çeçenistanda keçirilən bu yarış yolverilməzdir.

“Qarışıq əlbəyaxa döyüş ittifaqı”nın prezidenti Fedor Emelyanenkonu cinləndirən faktlardan biri də turnirin Kadyrovun gözü qarşısında keçirilməsi və yerli televiziya ilə yayımlanmasıdır: “Kadyrovun idman nazirliyindəki müşavirləri bu növ üzrə döyüşün 12 yaşadək uşaqlar arasında qadağan olmasını ona deməyiblər? Biz ilk növbədə balacalara nümunə olmalı və onların sağlamlığının qayğısına qalmalıyıq. Böyüklərlə eyni səviyyədə döyüşə qatılmaq uşaqların fiziki və psixoloji sağlamlığına düzəlməz zərər vura bilər” deyə Yemelyaneko bildirib.

Buna da bax: Ramzan Kadırov qanunu pozanları güllələməyə çağırır- [Audio]

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG