Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:46

Zeruya Shalev: Qadın və kişi arasındakı müharibələr mənə daha maraqlıdır...


İsrail yazıçısı Zeruya Shalev.
İsrail yazıçısı Zeruya Shalev.

-

Tanınmış İsrail yazıçısı Zeruya Shalevin “Sevgi Həyatım” adlı romanı bu yaxınlarda Bakıda işıq üzü görüb. Bu kitabın əsasında 2007-ci ildə Alman rejissor Maria Schrader eyni adlı filmi çəkib, film Bavaria film festivalının baş mükafatını qazanıb. Kitabının çıxması münasibətilə müəllif İsrailin Bakıdakı səfirliyinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təşkil etdiyi proqram çərçivəsində oktyabr ayının sonlarında Azərbaycana səfər edəcək. Bu münasibətlə, Zeruya Shalev Oxu Zalına danışıb. Müsahibəni "Sevgi Həyatım" kitabının tərcüməçisi Fərqanə Sarmasova alıb. ​

- Kibutzda1 böyüyüb, Yerusəlimdə yaşamaq necə bir hissdir? Bu iki məkan arasındakı ziddiyyət sizin daxili dünyanıza nə kimi təsir göstərmişdir?

1953-cü ildə İsraildə bir kollektiv təsərrüfat qurumundan işçilərin nahar fasiləsi Gan Shmuel kibbutzu.
1953-cü ildə İsraildə bir kollektiv təsərrüfat qurumundan işçilərin nahar fasiləsi Gan Shmuel kibbutzu.

- Kineret kibutzunda anadan olsam da orada böyüməmişəm. Uşaqlıqda valideynlərimlə onların müəllim kimi işlədiyi kollecəbənzər bir yerə köçmüşük və həmin yer kibbutzun tam əksi idi. Kibbutzda bütün uşaqlar birlikdə böyüyür, eyni otaqda yatır. Nə şəxsi həyatları var, nə də ki, ciddi valideyn nəzarəti altında olurlar. Biz orada qalsaydıq, bəlkə də mən yaradıcılıqla məşqul olub, özümü müəllif kimi inkişaf etdirə bilməzdim.

Böyüdüyüm yerdə demək olar ki uşaq yox idi və mənim daxili dünyamı zənginləşdirməkdən və hekayələr uydurmaqdan başqa çarəm yox idi. 6 yaşındaykən hekayələr və şeirlər yazmağa başladım.

Böyüdüyüm yerdə demək olar ki uşaq yox idi və mənim daxili dünyamı zənginləşdirməkdən və hekayələr uydurmaqdan başqa çarəm yox idi. 6 yaşındaykən hekayələr və şeirlər yazmağa başladım. Məni əhatə edən sakitlik və tənhalıq, eləcə də valideynlərimin həm pis, həm də yaxşı mənada daima mənimlə olmaqları mənə həddindən artıq təsir etmişdir. 20 yaşım olanda mən Yerusəlimə köçdüm və ora uyğunlaşmağım uzun bir zaman aldı. Şəhər sanki ilahi təbin və ziddiyyətlərlə dolu çaxnaşmanın kəskin qarışığıdır. Mən çox dinc və harmonik yeri tərk edib, münaqişə dolu, narahat və çətin bir şəhərə gəldim. Bu keçid dövrü olduqca drammatik idi və mənə bir çox yöndən təsirsiz ötüşmədi. Bunlar həmçinin yaradıcılığımda açıq-aydın öz əksini göstərir.

Buna da bax: Müasir İsrail yazıçısının romanı Bakıda çap olunub

-Siz Bibliya sahəsi üzrə alimlik dərəcəsi almış şəxsin qızısınız, adınız Bibliyadan götürülülb, həmçinin özünüz də həmin istiqamətdə təhsil almısınız və hal-hazırda dünyada müqəddəs sayılan şəhərlərdən biri olan- Yerusəlimdə yaşayırsınız. İudaizmin şəxsi həyatınıza və yazı üslubunuza necə bir təsiri olub?

-Bəli, dindar olmasam da sadaladıqlarınız doğrudur. Mən İudaizmin tarixinə, mədəniyyətinə və ən əsası da bədii duyğusuna çox bağlıyam. Atam bizə yatmağa getməmişdən öncə Bibliya hekayələri oxuyardı ki, bu da mənim ən gözəl uşaqlıq xatirələrimdəndir. Mən məcburi dini mətnləri təbliğ edən Bibliyayla yox, mənə ədəbi gücü və ilham xəzinəsini açan kitabla böyümüşəm. Bibliyadan götürülmüş qeyri-adi adım da məni bu kitaba olan bağlılığımı möhkəmləndirib. Uşaqlıqda yazdığım ilk hekayələrim Bibliyadakı obrazları haqqında olub və bu günümüzə kimi də Bibliya və yəhudi motivlərini romanlarımda istifadə edirəm. Hiss edirəm ki, İudaizmə olan bağlılığım məni öz kökümlə həmçinin keçmişimlə əlaqələndirir və mən də öz növbəmdə bunu oxucularıma ötürməyin vacibliyini anlayıram. Bu dini motivlər göstərir ki, hər şey artıq keçmişdə baş verib, yəni günəşin altında yeni heç nə yoxdur, o mənada ki biz tək deyilik.

-Terror qurbanı kimi gərgin münaqişə ölkəsi olan İsraildə yazmağı necə tənzimləyirsiniz?

İsraildə bir terror hücumunda yaralandıqdan sonra ağrılarım olduqca kəskin idi və altı aydan çox yaza bilmədim. Ondan sonra anladım ki, sanki heç bir söz məna kəsb etmir və artıq ədəbi sualların yeri yoxdur.

-Daimi terror hücumlarından əziyyət çəkən bir ölkədə yazmaq heç də asan deyil, xüsusən də mənim kimi fikirlərini xarici reallıqdan çox daxili və emosional dünyasına cəmləşdirən bir yazar üçün. Terror hücumunda yaralandıqdan sonra ağrılarım olduqca kəskin idi və altı aydan çox yaza bilmədim. Belə ağır travmayla üzləşdikdən sonra anladım ki, sanki heç bir söz məna kəsb etmir və artıq ədəbi sualların yeri yoxdur. Müəyyən vaxt keçdikdən sonra özümü yenidən həyatın enişi və yoxuşuyla əlaqəli hiss etdim. Gərgin anlarda fikrimi yazıya cəmləşdirmək həddindən artıq çətindir, lakin hər şey sakitləşdikdən sonra yenidən yaza bilirəm, həm də imkan yaradıram ki, bu gərginlik və kədər bədənlərin, bombaların, ümidlərin və arzuların partlamasına rəğmən həyatlarını kamil yaşamağa çalışan baş qəhramanlarımın həssas problemlərinə sızsın.

-Bilmək istərdim ki, İsraildə qadın yazıçı olmaq necə bir hissdir?

Zeruya Shalev 2012-ci ildə Leipzing kitab sərgisində.
Zeruya Shalev 2012-ci ildə Leipzing kitab sərgisində.

-1980-ci illərə kimi İsrail ədəbiyyatında əsasən kişilər hökmranlıq edib və o dövrdə daha çox İsrail dövlətinin qurulması və onun surətinin formalaşması diqqət mərkəzində idi. Bu sahədə qadınların əksəriyyəti şairə idi, lakin onlar da sayca az idilər. 1980-ci ildən qadın müəlliflərin sayı artdı və xoşbəxtlikdən bu proses təbii hala çevrildi. İsrail ədəbiyyatı diqqətini fərqli sujetlərə və daha şəxsi mövzulara yönəltdi və hər növ yazarı açıq qucaqla qarşıladı. Bu baxımdan İsraildə qadın yazıçı olmaq çətin deyil və çox şadam ki, mən 50 il bundən əvvəl yox məhz doğru bir zamanda anadan olmuşam.

-Yaradıcılığınıza təsiri olan hansısa İsrailli və ya Qərbli yazar varmı?

-Sevdiyim bir sıra müəlliflər var və əksəriyyəti yaradıcılığıma öz təsirini göstərmişdir, bəzilərininsə heç xəbərim olmadan təsiri olub. Ümumiyyətlə, əsərin məzmununa ayırdığı diqqəti eynən yazı üslubuna da ayıran yazarları özümə daha yaxın bilirəm, ona görə təəccüblü deyil ki, mən Virciniya Vulfun heyranı olmuşam. Onun sonsuz duyğu gücünə və bənzərsiz yazı stilinə olan meyli, eləcə də yazı forması və məzmunu arasındakı əlaqəyə valehəm. Həmçinin atamın uşaqlıqda mənə oxuduğu Bibliya hekayələri, eləcə də çox erkən yaşlarımda oxumağa başladığım Franz Kafkanın yazıları mənə öz təsir gücünü göstərmişdir.

Buna da bax: Tanınmış İsrail yazıçısı: «Bakıda çap olunmaq çoxdankı arzum idi»

-Yaşadığımız cəmiyyətdən və inandığımız dindən aslı olmayaraq hisslərin gücü universaldır. Əsərlərinizdəndə belə görünür ki, ailə münasibətləri, problemlər və ağrı-acı sizin ədəbi işinizi əhatə edən əsas məsələlərdəndir. Toxunduğunuz bu mövzular bu dövrdə həmişəkindən dahamı aktualdır?

Qadın və kişi arasındakı müharibələr mənə daha maraqlıdır, nəyinki millətlər arasındakı. Mənə görə hisslərin sərhəddi siyasi sərhədlərdən daha cəlbedicidir.

-Özümü tanıyandan hisslər, emosiyalar, ailə bağlılığı və münasibətlərini müşahidə etmişəm. Dostlarımı tez-tez ziyarət edərdim və eni zamanda onların evində olan sirrləri, qaranlıq məqamları, daxili problemləri deşifrə etməyə çalışırdım. Qadın və kişi arasındakı müharibələr mənə daha maraqlıdır, nəyinki millətlər arasındakı. Mənə görə hisslərin sərhəddi siyasi sərhədlərdən daha cəlbedicidir. Zənnimcə intim və səmimi hekayələr daha ümumidir və enində sonunda hər kəsin anlayacağı mövzudur. Biz hələ də sevgi, nifrət, qəzəb, ağrı, xoşbəxtlik kimi həqiqi insan hisslərini içimizə çəkmək istəyirik.

-Sizin Azərbaycan dilinə yenicə tərcümə olunmuş “Sevgi Həyatım” kitabında, Yaarah adlı baş qəhrəman, ciddi şəxsiyyət problemi olan gənc bir qadındır və o əsərin əvvəlindən sonuna kimi bu kritik vəziyyətdə özünü təkmilləşdirir. Belə ki, siz bir müəllif kimi onu izləyirsiniz və ona özünü və həyatını anlamaqda yardım edirsiniz. Əsəri yazarkən özünüzü onun xəyali psixoloqu kimi hiss etdinizmi?

Zeruya Shalevin Alatoran yayınlarından çapdan çıxmış "Sevgi həyatım" kitabı.
Zeruya Shalevin Alatoran yayınlarından çapdan çıxmış "Sevgi həyatım" kitabı.

-Haqlısınız. Dəfələrlə özümü təsvir etdiyim əsas qəhrəmanların terapevti kimi hiss etmişəm. Qəhramanlarımı böyümüş, kamilləşmiş və dolğunlaşmış görmək ümidiylə onlara birlikdə çətin anlarda yoldaşlıq etmişəm. Bəzən oxucularım deyir ki, kitabın müəyyən hissələri onlarçün də müalicəvi olur və bu məni dəhşət sevindirir. Uzun illər, terapevt olmalıydım hissi ilə yaşamışam, gənc olarkən isə psixoloq olmaq istəmişəm və hərbi xidmətimi çəkərkən gördüyüm iş bu sahəyə çox yaxın idi, lakin bu təcrübə məni ruhdan salırdı və hiss edirdim ki, mən bunun üçün kifayyət qədər güclü deyiləm. Özümü xəstə əsgər yoldaşlarımın yerinə qoyurdum və onlar qəzəb və iztirablarını ifadə etdikdə göz yaşlarımı saxlaya bilmirdim. Ola bilsin ki, onlara kömək edirdim, amma paradoksal olaraq sonda onlar məni sakitləşdirirdilər. Və mən bacarığıma olan ümidimi itirdim və bu sahədən uzaq olmağa söz verdim.

-Fəlsəfi ümumiləşdirmələriniz heyrət doğurur: "Sevgi həyatım" əsərində vurğulamısınız ki "Həqiqətin ən gözəl cəhəti kimsənin ona inanmamasıdır". Bütün bunlar sizin həyatı dərindən hiss etdiyinizi göstərir? Ümumiyyətlə, nədir həqiqət?

-Komplimentiniz üçün təşəkkür edirəm. Çox zaman hiss etmədiyim və heç ağlıma gəlməyən duyğu və düşüncələr haqqında yazıram. Yazmaq bacarığı olduqca sirli prosesdir və bu mənim kənarda heç vaxt qarşılaşmadığım daha dərin və şüuraltı düşüncəyə bağlayır. Həqiqət hər zaman axtarılsa da ələkeçməzdir və həyatımızı tez-tez pozur. Ola bilsin nə zamansa bu sualı daha ədəbi şəkildə cavablayım.

-Əli Amirin "Günah keçisi" romanında təqribən 60 il bundan əvvəl qızların şortik geyinməkdən ötrü necə böyük cəsarət göstərdikləri təsvir olunub. Bu gün Azerbaycanda biz bunu hələ indi yaşayırıq. Ancaq sizin əsərlərinizdə israilli qadınların atasının dostunun sevgilisi olmaq qədər ve üçüncü şəxsin gözləri önündə sevişmək qədər necə sərbəst olduqlarını görürük. Qadın azadlığının hüdudlar haraya kimidir - bax bunlar haqqında bir az danışa bilərsinizmi?

İsrail cəmiyyəti çox mürəkkəbdir. Qatı dindarların dünyasında qadına evlilikdən öncə əks cinslə bir otaqda tək qalmağa belə icazə verilmir.

-İsrail cəmiyyəti çox mürəkkəbdir. Qatı dindarların dünyasında qadına evlilikdən öncə əks cinslə bir otaqda tək qalmağa belə icazə verilmir. Daha az ekstrim dini mühitdə cütlər evlilik öncəsi görüşə bilər, amma toxuna bilməz və dünyəvi çoxluqda hər şey çox açıqdır və hər bir qadın öz yolunu seçir. Yaaranın hekayəsi doğurdan da çox cəsarət tələb edir və bu dünyəvi İsrail cəmiyyətində mümkündür. Çünki burada gənc qadınlar özbaşlarına böyük şəhərdə yaşayırlar, paba gedirlər, kişilərlə tanış olurlar və azad, eləcədə nəzarətsiz həyat yaşayırlar. Nə istəyirlərsə geyinirlər, həttə geyimləri nə qədər açıq-saçıq olsa da heç bir məhdudiyyət yoxdur. Belə müqayisələr insanı sızladır, amma bu artıq başqa bir mövzudur.....

Zeruya Shalevin "Sevgi həyatım" romanı əsasında 2007-ci ildə çəkilmiş film. Müəllif özü də filmdə epizodik kitabxanaçı rolunda oynayır.

-Bir çox oxucularınız, o cümlədən mən, “Sevgi Həyatım” romanının xoşbəxt sonluğunu gözləyirdik, hansı ki bu sonluq digər əsərlərinizdə də baş verməyib. Bu fərqliliyi necə izah edərdiniz?

-Mənim heç bir romanım xoşbəxt sonluqla bitmir, həmişə açıq sonluqla bitir ki, bu da oxucunu fərqli şərhə və ümidə yönləndirir. Sevgi Həyatımın sonluğu mənə görə nikbindir və roman keçmiş iztiablardan azad olaraq yeni bir başlanğıca yol açır. Lakin oxucularımın birindən eşitmişəm ki, əsər soyuq və quru sonluqla bitib və bu fikrə hörmətlə yanaşıram. Əsərin əsas qəhramanı Yaaranın həyətı məhvə doğru gedir, lakin sonda görünən odur ki, yeni həyat qurmağa başlayır. Onun gələciyini müəyyən etmək mənimçün çətin idi. Yadıma düşür stress keçirərək yuxusuz günlərim olub, amma sonluğu qərarlaşdırdıqdan sonra rahat nəfəs ala bildim.

-Elə olubmu ki, əsərinizin sonluğunu dəyişəsiniz?

-Sonluqlar hər zaman mürəkkəb olur. Əvvəlcədən necə bitirəcəyimə heç vaxt qərar vermirəm və romanın yarısını və ya yarıdan çoxunu yazdıqdan sonra bitməmiş sonluğu əlaqələndirməyə çalışıram və bu da vaxt həmçinin düşüncə tələb edir. Tez-tez sonluğu dəyişirəm, amma heç vaxt bitirdikdən sonra dəyişiklik etmirəm. Digər tərəfdən “Sevgi Həyatım”ın başlanğıcını dəyişmişəm. Kitab tamamilə başqa cür başlamışdı və 100 səhifə yazıldıqdan sonra anladım ki, əsas mövzu nədir və yazdığımın çox hissəsini sildim, sıfırdan başladım və sonda açılış sətrlərini yazdım.

Tez-tez oxucularımdan eşidirəm ki, kitablarım onlara özləri və ya sevdikləriylə intim dialoqlara başlamağa, həyatlarını bambaşqa yolla görməyə, qərar verməyə kömək edir.

-Heç düşünmüsünüz ki, kitablarınız çarəsiz qadınların daxili dünyalarını və ya bədbəxt nikahları yaxşılaşdırmaq üçün hansısa çıxış yolu göstərib?

-Tez-tez oxucularımdan eşidirəm ki, kitablarım onlara özləri və ya sevdikləriylə intim dialoqlara başlamağa, həyatlarını bambaşqa yolla görməyə, qərar verməyə və problemlərin həlli üçün cəhd etməyə köməklik göstərir. Zənnimcə yazılarım çox səmimidir və insanların daxili dünyalarına bezək-düzək vurulmadan yayılır və beləliklə, ruhun hərəkətsiz guşələrinə işıq salır və nəticədə dəyişiklik yaradır. Kitablarım və onların içində gizlənən mən dəyişikliklərə inanırıq.

----------------

[1] Kvutza sözündən olub ibri dilindən tərcümədə “qrup” deməkdir. İsraildə kənd təsərrüfatı icmasıdır və əsasən ümumi mülkiyyət və əmək bərabərliyi ilə xarakterizə olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG