Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:42

İki ayda Kəşmirdə azı 90 adam ölüb


Kəşmirdə müstəqillik protestləri, 26 Sent. 2016

Kəşmirdə müstəqillik protestləri, 26 Sent. 2016

Hindistan və Pakistanın arasında yerləşən Kəşmir vilayətində gərginlik davam edir. Sərhəddə iki ölkə hərbçiləri bir-birinə atəş açıb.

Bölgədə iki aydan çoxdur davam edən toqquşmalarda və etiraz aksiyalarında 90 kəşmirli ölüb. Minlərlə dinc sakin yaralanıb. Bu arada sərhəddə yerləşən bəzi kəndlər boşaldılıb.

Hindistan və Pakistan 1947-ci ildə müstəqilliklərini qazanandan sonra Kəşmir mübahisəli ərazi olub. O vaxtdan indiyə qədər Kəşmirdə 70 min adam həlak olub. Bölgədəki tərəfdarları 1989-cu ildən müstəqil olmaq, ya da Pakistana birləşmək üçün aksiyalar keçirir.

XS
SM
MD
LG