Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:58

Prokurorluğun 12 əməkdaşı işdən çıxarılıb


Zakir Qaralov

Xidməti və əmək intizamının tələblərini pozduğuna, başqa qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Bu haqda baş prokuror Zakir Qaralov «Azərbaycan» qəzetində dərc olunan məqaləsində bildirir.

Baş prokurorun bildirdiyinə görə, 19 nəfərə şiddətli töhmət və töhmət verilib. 3 nəfər vəzifədən azad edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 12 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Baş Prokuror korrupsiya cinayətlərinə də toxunub. Bildirib ki, Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə təqdimatlar verilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb. 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG