Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 22:45

Vergiyə borclu olanların adı açıqlanıb


Vergilər Nazirliyi

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirliyin yaydığı xəbərdə deyilir ki, 2016-cı il sentyabrın 28-nə vergi borcu olduğuna görə 540-a yaxın müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.

Vergilər Nazirliyinin vergi borcuna görə ölkədən çıxışını əngəllədiyi sahibkarların sayı 800-dən çoxdur. Nazirlik bildirir ki, bu sahibkarların birgə 93.6 milyon manatdan çox vergi borcu var.

Multimedia

XS
SM
MD
LG