Sentyabrın 29-u Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Gecə 11-16, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təxmin edilir.
Milli Hidrometeorologiya Departamenti qeyri- sabit hava şəraitinin oktyabrın 2-nə kimi davam edəcəyini bildirir.