Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:06

Atəşkəslə bağlı 9 sentyabr açıqlaması


Dağlıq Qarabağda erməni artileriyası. 7 Aprel, 2016
Dağlıq Qarabağda erməni artileriyası. 7 Aprel, 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 24 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonu atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Koxanəbi kəndinin vurulduğu bildirilir.

Buna da bax:​ XİN: ‘Ermənistan növbəti təxribatçı tədbirlər hazırlayır’

Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Goranboy və Tərtər rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu qeyd edilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Buna da bax:​ Məmmədyarov: ‘Bakı Qarabağa dair əsaslı danışıqların tərəfdarıdır’

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG