Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:52

Məmmədyarov: ‘Bakı Qarabağa dair əsaslı danışıqların tərəfdarıdır’


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avqustun 29-da gürcüstanlı həmkarı Mikheil Janelidze ilə görüşü zamanı bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun dəyişməsinə dair əsaslı danışıqları dəstəkləyir.

Məmmədyarovun sözlərinə görə beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun üzvləri hazırkı status-kvonun saxlanmasını yolverilməz və ziddiyyətli hesab edirlər. "Münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq erməni qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Hərbi işğal faktına son qoymaq zəruridir", deyə nazir vurğulayıb.

Məmmədyarov həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması regionda davamlı sülh və sabitliyin bərpasını təmin edəcək.

XS
SM
MD
LG