Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

XİN: ‘Ermənistan növbəti təxribatçı tədbirlər hazırlayır’


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

«Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin «müstəqilliyinin 25 illiyi» bəhanəsi ilə sentyabrın 2-si və 3-ü Yerevanda konfransın keçirilməsi və konfrans iştirakçılarının işğal olunmuş ərazilərə səyahətinin təşkil olunması planlaşdırılır. Bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən belə tədbirlərdən kənar durmağa çağırırıq».

Azərbaycan Xarici İşlər Nazirliyinin avqustun 30-da yayılmış bəyanatında belə deyilir.

Nazirlik xatırladır ki, Ermənistan Azərbaycanla müharibəyə başlayıb. Gücdən istifadə edərək Azərbaycan ərazilərinin 20 faizini işğal edib. 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qoyulub.

«Beynəlxalq ictimaiyyət qəti şəkildə Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalının nəticələrini davamlı olaraq qınayıb», deyilən bəyanatda beynəlxalq qurumların, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri yada salınır.

Buna da bax: Məmmədyarov: ‘Bakı Qarabağa dair əsaslı danışıqların tərəfdarıdır’

XİN bildirir ki, Ermənistanın qondarma rejimin «müstəqilliyinin 25 illiyi» bəhanəsi ilə təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlər prezidentlərin apardığı danışıqlara fayda vermir.

«İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edənlər Azərbaycanın qanunları pozur. Həmin şəxslərə münasibətdə onların ölkəmizə gələcək səfərlərinə qadağa qoymaq da daxil olmaqla, Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcəkdir», deyə bəyanatın sonunda vurğulanır.

Buna da bax: Ermənistan qəhvə istehsal edə bilir, Azərbaycan siqaret yox?

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilmir.

Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Bu ilin may ayından bəri Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli ilə bağlı iki dəfə görüşüblər.

XS
SM
MD
LG