-
Birləşmiş Ştatlar və Avropa ölkələri Ukraynada rusiyapərəst televiziya kanalının yandırılmasını pisləyib, bunu “qəbuledilməz” adlandırıblar.
“Mediaya hər hansı fiziki hücum qəbuledilməzdir”, ABŞ-ın Kiyevdəki səfiri sentyabrın 5-də “Twitter”də yazıb. Həmin gün “Inter TV”nin qərargahında törədilmiş yanğında beş nəfər xəsarət alıb.
“Telekanalın yandırılmasının araşdırılması səylərini dəstəkləyir, baş verənləri diqqətlə izləyirik”, ABŞ-ın konsulu deyib.
Ukrayna hakimiyyəti yanğınla əlaqədar altı nəfərin saxlandığını bildirir.
ATƏT-in media azadlığı üzrə təmsilçisi də hücumu pisləyib.
“Xəbərləmə işi provokasion və ziddiyyətli olsa belə, zorakılıq qəbuledilməz reaksiyadır”, Dunja Mijatovic deyib. O, hüquq-mühafizə orqanlarının cəld reaksiya verməsindən “cəsarətləndiyini” sözlərinə əlavə edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroshenko, Ukrayna jurnalistlər birliyi də bu hücumu pisləyib.