İllər prezidentləri necə dəyişir [Infoqrafika]
İndi
Əvvəllər
Nursultan Nazarbayev – Qazaxıstan prezidenti
75 yaşlı Nursultan Nazarbayev 1989-cu ildən bu yana Qazaxıstanda hakimiyyət başındadır. Ölkə müstəqil olandan az əvvəl Kommunist Partiyasının rəhbəri olaraq kürsüyə qalxan Nazarbayev 26 ildir Qazaxıstanda söz sahibidir. Müxtəlif illərdə, cürbəcür referendumlar, Konstitusiya dəyişiklikləri ilə o, öz uzunömürlü hakimiyyətini təmin edib. Bu yaxınlarda isə Nursultan Nazarbayev gözlənilmədən 2015-ci il aprelin 26-a növbədənkənar prezident seçkisi təyin edib.
İndi
Əvvəllər
Alexander Lukashenko – Belarus prezidenti
Alexander Lukashenko 1994-cü ildən bu yana Belarusda hakimiyyət başındadır. Bu ölkənin konstitusiyası prezidentlik müddətinə 5 illik məhdudiyyət və eyni adamın 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyət nəzərdə tutur. Amma referendumlarla konstitusiyada dəyişikliklər edilir, hər dəfə də “yeni dəyişikliyə" əsasən Alexander Lukashenko 21 ildir hakimiyyətdə qala bilir.
İndi
Əvvəllər
İlham Əliyev – Azərbaycan prezidenti
2003-cü ildən hakimiyyət başındadır. 2008-ci ildə 2-ci, 2013-cü ildə 3-cü dəfə prezident vəzifəsinə seçilib. Prezidentlik müddəti 5 ildir. İlham Əliyevin hakimiyyəti illərində Konstitusiya dəyişdirilərək bir nəfərin 2 dəfədən çox prezident seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb. Mövcud Konstitusiya ilə İlham Əliyev bundan sonrakı dövrlər üçün də istədiyi qədər prezident seçkilərində namizədliyini irəli sürə bilər.
İndi
Əvvəllər
Recep Tayyib Erdoğan - Türkiyə prezidenti
Erdoğan 2003-2014-cü illərdə Türkiyənin Baş naziri olub. 2014-cü ildə isə ümumxalq səsverməsi ilə seçilən ilk prezident kimi fəaliyyətə başlayıb. Buna qədər Türkiyədə prezidentləri parlamentdə keçirilən səsvermədə müəyyən edirdilər. Konstitusiyaya dəyişikliliyə görə bundan sonra prezidentlik müddəti 5 ildir, eyni adam 2 dəfədən çox dalbadal prezident seçilə bilməz.