İllər prezidentləri necə dəyişir [Infoqrafika]
İndi
Əvvəllər
Barack Obama – ABŞ prezidenti
Barack Obama 2009-cu il yanvarın 20-dən ABŞ-ın 44-cü prezidenti kimi vəzifəsinin icrasına başlayıb. 2013-cü ildə ikinci dəfə seçkinin qalibi olub, hazırda 2-ci və sonuncu dövr üçün ölkəyə rəhbərlik edir. Onun səlahiyyət müddəti 2017-ci ildə bitəcək. ABŞ-da prezidentlik müddəti 4 ildir və heç kim 2 dəfədən artıq prezidentliyə namizədliyini irəli sürə bilməz.
İndi
Əvvəllər
Serzh Sargsyan – Ermənistan prezidenti
Serzh Sargsyan 2008-ci ildə prezident seçkisinin qalibi elan edilib. O zaman seçkinin nəticələrinin saxtalaşadırılması iddiası ilə etiraz aksiyası keçirən müxalifətlə hakimiyyət tərəfdarları arasında insan tələfatı ilə nəticələnən qarşıdurma da olmuşdu. Amma Serzh Sargsyan 2013-cü ildə keçirilən prezident seçkisində daha bir 5 il müddət üçün hakimiyyətini təmin edib. Ermənistanda Konstitusiya onun 3-cü müddətə prezidentliyə namizədliyini irəli sürməsinə imkan vermir və 2018-ci ildə özü də hakimiyyətdən gedəcəyini bildirir.
İndi
Əvvəllər
Emamoli Rahmon – Tacikistan prezidenti
Emamoli Rahmon 1992-ci ildən Tacikistana rəhbərlik edir. Bu ölkədə prezidentlik müddəti 7 ildir və bir nəfər 2 dəfədən artıq prezidentliyə namizədliyini irəli sürə bilməz. Amma 2003-cü ildə Konstitusiyaya dəyişliklik edilib. Bununla da Rahmon və tərədarları daha 2 dəfə hər dəfə də 7 illik prezidentlik üçün qanuni maneənin aradan qalxdığını deyirlər.
İndi
Əvvəllər
Vladimir Putin – Rusiya prezidenti
Vladimir Putin 2000-ci ildə Boris Yeltsindən sonra hakimiyyət başına keçib. 2 dəfə prezident seçiləndən sonra – 2008-ci ildə keçirilən seçkidə Konstitusiyanın tələbinə görə iştirak etməyib. Amma seçkidə onun dostu hesab edilən Dmitry Medvedevin qələbəsini təmin edib, özü isə 2012-ci ilə qədər ölkənin Baş naziri olub. Çoxları həmin dövrü də Rusiyada Putinin real hakimiyyəti dövrü hesab edirlər. 2012-ci ildə isə yenidən prezident seçkilərində namizədliyini irəli sürərək qalib olub. Bu dəfə onun prezidentlik müddəti 6 ildir. 2018-ci ildə yenidən 6 illik prezidentlik üçün namizədliyini irəli sürə bilər. Çünki, özü və tərəfdərları onun Medvedevdən sonrakı hakimiyyətə gəlişini birinci prezidnetlik dövrü kimi təqdim edirlər.