Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 22:47

Cavusoglu: "Suriya ilə sərhəd yaraqlılardan tam təmizlənməlidir"


Mevlut Cavusoglu

Türkiyə bəyan edib ki, Suriya ilə sərhəd bölgələri “İslam Dövləti” qrupu yaraqlılarından təmizlənməlidir.

Qeyd edək ki, hakimiyyət şənbə günü Qaziantepdə törədilən partlayışa görə bu qrupu ittiham edir.

51 nəfərin ölümü ilə nəticələnən partlayışı toyda 12-14 yaş arası bir uşaq törədib.

Xarici işlər naziri Mevlut Cavusoglu avqustun 22-də televiziya ilə çıxışında deyib ki, Suriya ilə sərhəd yaraqlılardan tam təmizlənməlidir.

Cavusoglu daxildə və xaricdə terrorçu təşkilatla mübarizənin ölkənin əsil hüququ olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG