Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 11:51

İlham Əliyev Erdoğana başsağlığı verib


İlham Əliyev və Recep Erdoğan
İlham Əliyev və Recep Erdoğan

Prezident İlham Əliyev Türkiyənin Qaziantep şəhərində törədilmiş partlayışla bağlı Türkiyə prezidenti Recep Tayyip Erdoğana başsağlığı verib.

İlham Əliyev bildirib ki, «dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı. Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik».

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

Dövlət başçısı həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına başsağlığı verib, yaralılara şəfa diləyib.

Avqustun 20-də Qazientepdə toy mərasimində törədilmiş terror nəticəsində 30 nəfər həlak olub, 100-ə yaxın adam yaralanıb.

Buna da bax: 'Erdoğan-la Putin bir-birini sevir'

XS
SM
MD
LG