Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

Türkiyə: 130-dan çox adam tutulub [yenilənir] [canlı]


5:25

Türkiyənin baş naziri Binali Yıldırım deyib ki, hərbi çevriliş cəhdi ilə bağlı 130-dan çox adam tutulub.

5:10

Reuters: "Erdoğanın xalqı küçələrə çağırmağına kütlənin cavab verməyi ilə hərbi çevriliş cəhdi uçulub-dağıldı"

Reuters onu da yazır ki, qiyam başlayanda Erdoğan dəniz qırağında istirahətdəydi.

4:30

Reuters: Erdoğan deyib ki, bəzi zabitlər əmri Pensilvaniyadan - Fətullah Güləndən alıblar.

Xatırladaq ki, Erdoğanın rəqibi Fətullah Gülən ABŞ-da Pensilvaniyada mühacir həyatı yaşayır.

4:28

"Silah demokratiyaya tabe olmaldır"-Türkiyədə baş verən çevriliş cəhdini Kafkassam strateji araşdırmalar mərkəzinin başqanı Hasan Oktay AzadlıqRadiosuna şərh edir

4:16.​

Bu fotoları Reuters qiyam günü Türkiyə küçələrində çəkib

4:10

Erdoğan tərəfdarları qarşısında çıxış edərək deyib ki, xalqın iradəsindən yuxarı heç nə yoxdur. O bildirib ki, hansı qurumdan olmağından asılı olmayaraq bütün günahkarlar cəzasını alacaq.

4:03

Reuters: Erdoğan hava limanı yaxınlığında izdiham qarşısına çıxıb

4:00

NTV: Ankarada 13, İstanbulda 50 əsgər həbs olunub

3:53

Reuters xəbər verir ki, qiyamçı əsgərlər İstanbulun Taksim meydanında təslim olaraq silahlarını təhvil verirlər

3:45

Reuters Ankarada parlament binasında daha 2 partlayış barədə şahidlərin dediklərini xəbər verir

3:40

NTV: 50-dək əsgər həbs olunub

3:35

NTV televiziyasında qiyamçı əskərlərin həbs olunmağı, qandallı əskərlərin aparılmağı və şəhərin müxtəlif yerlərində insanların küçələrdə kütləvi bayram etməyi göstərilir

3:30

Erdogan: "Öhdəsindən gələcəyik"

3:20

İstanbulun Atatürk hava limanında bütün uçuşlar dayandırılıb

3:25

Reutersin məlumatımna görə, hökumət rəsmisi deyib ki, Erdoğanın təyyarəsi İstanbulda yerə enib

3:10

Ankarada Ordunun Baş Qərargahı yaxınlığında yaşayan Məlahət İsmayılova Azadlıq Radiosuna deyir ki, təyyarələrin, hekopterlərin səsindən evlərdə pəncərələrin şüçələri titrəyirdi, parlament tərəfdən də bomba pratlayışının səsi gəldi. Ancaq 3-4 dəqiqədir ki, sakitlikdir...


2:45

FOX TV: Helikopter Ankarada parlamenti atəşə tutub

2:40

Anadolu Ajansı: Ankarada parlamentdə bomba partlayıb​

02:23

Reuters NTV-yə istinadla bildirir ki, ordunun qırıcı təyyarəsi qiyamçıların helikopterini Ankara üzərində vurub

02:20

DPA yazır ki, “Erdoğan vəzifəsindən devrilməməyi aydındır”.

Məlumatdan başqa maraqlı məqamlar.

“Çevrilişi ordu rəhbərliyi edir yoxsa ordu daxilində bir qrup zabit? – bu indiyədək bilinmir.

“Adətən Erdoğana loyal olan polis ordunun xəbərdarlığına baxmayaraq İstanbul küçələrindən yığışmayıb”

02:13

NTV Anadolu Ajansına istinadla bildirir ki, Ankarada 17 polis həlak olub.(DPA)

02:12 am:

Ölkənin hər yerində minarələrdən camaatı meydana səsləyən çağırışlar eşidilir. «Demokratiyaya sahib çıxmaq istəyirsinizsə, meydanlara gəlib». NTV deyir ki, Ankarada səmaya qırıcı təyyarələr qalxıb.

02:06 am:

Abdulla Gül NTV-yə Skypla bağlanıb, deyib ki, millət bu gündə sıx olmaldır: «Türkiyə bir Afrika ölkəsi deyil» deyən keçmiş prezident bildirir ki, bu xətaya yol verənlər səhv yoldan dönsünlər: «Türkiyəni xaosun içinə soxmaq istəyənlər, dərhal vaz keçin. Türkiyə bu günləri də adlayacaq».

NTV xəbər verir ki, Ankarada vətəndaşlar küçəyə çıxmağa başlayıblar.

2:05

Kılıçdaroğlu çevrilişin əleyhinə çıxdı.

Türkyənin ən böyük müxalifət partiyasının lideri Kemal Kılıçdaroğlu hərbi çevrilşinin əleyhinə çıxıb. DPA-nın məlumatına görə, CHP lideri yaydığı twitlərində yazır ki, keçmişdəki hərbi çevrilişlərdən ölkənin başı çox çəkib.

TÜRKİYƏDƏ HƏRBİ ÇEVRİŞİŞ CƏHDİ

****

Bu dəqiqələrdə İstanbul və Ankarada ordu iqtidarı devirməyə cəhd göstərir.

Türkiyənin NTV kanalı canlı yayımda xəbər verir kİ, İstanbulda körpülər bağlanıb, küçələrdə tanklar görünür.

Baş nazir Binali Yiıdırım deyib ki, bu, dövlət çevrilişidir.

Xarici işlər naziri Mahmud Çavuşoğlu deyir ki, demokratiyaya son ana qədər sahib çıxacağıq.

NTV xəbər verir ki, İstanbulda silah səsləri eşidilir. Ancaq bunun atışma olub-olmadığı bəlli deyil.

Bir azdan prezident Recep Tayyub Erdoğan media qarşısında çıxış edəcək.

NTV xəbər verir ki, hərbçilər TRT-nin mühasirəyə alıblar.

Hazırda TRT kanalı ilə Türkiyə ordusunun informasiyası canlı yayılır.

Ordu rəhbəri Hulisi Akar bir qrup hərbçi tərəfindən əsir alınıb.

Ankara polisi bütün əməkdaşlarını işə çağırıb.

İstanbulun Vətən prospektində silah səsləri eşidilir.

CNN xəbər verir ki, Silahlı Qüvvələrin qərargahında silah səsləri duyulub. Havaya qalxan helikopterin də atəş açdığı bildirilir.

NTV bildirir ki, Türk Silahlı qüvvələrinin qərargahından onların ünvanına elektron məktub gəlib və ordunun iqtidara əl qoyduğu bildirilib.

Həmin məktub bütün mediaya göndərilib. Məktubda deyilir ki, Türkiyədə asayişi yenidən təmin etmək üçün dövlətin idarəetməsinə hərbçilər əl qoyub.

Bağdad caddesi tam bağlanıb

01:10 am

TRT-1 hazırda canlı yayımda ordunun mövqeyini yayır.

TRT-1-də ordunun bəyanatı yayılır. Bildirilir ki, ordu ölkədə asayişi bərpa edəcək, ölkəyə demokratiyanı yenidən gətirəcək, vətənə xəyanət edənlər məhkəmə önünə çıxarılacaq: "Siyasi qərarlarla yanlışlığa yol verilib, terror ölkənin içinə nüfuz edib", bəyanatda deyilir. Konsitusiya əvvəlki halına qaytarılacaq, - mətndə bildirilir.

Ordu adından bəyanat imzalayanlar vətəndaşların küçəyə çıxmasını qadağan edir, sərhədlərin, hava alanları bağlandığnı deyir.

01:25 am:

AKP-dən olan keçmiş millət vəkili Feyzi İşbaşaran Twitter hesabında yazır ki, mühafizəçiləri Erdoğanı naməlum istiqamətə götürüb.

NTV isə bildirir ki, yaxın vaxtda ölkə prezidenti Racap Tayyib Erdoğanın mediaya açıqlaması gözlənir.

Silahlı Qüvvələr Qərargahının qarşısında ambulanslar gəlib.

İstnabul və Ankarada gərgin anlar yaşanır, hərbçilər hər iki şəhərin əsas küçə və prospektlərini tutublar, havaya helikopter qalxıb.

Ordu sakinlərə küçəyə çıxma qadağası qoysa da, ölkə televiziyasının canlı yayımında küçədə sakinlər görünür.

Atatürk və Sabiha hava limanlarında bütün uçuşlar dayandırıb.

01:30 am:

AKP-nin İstanbul təşkilatının sədri Selim Temurçi NTV-də xalqı hökumətə dəstək olmağa çağırır.

01:35 am:

«Biz bunun üzərinə gedəcəyik, millətimizə çağırış edirəm, milləti meydana çağıraram»

Hazırda Erdoğan skype-la CNN türk kanalına müsahibə verir:

Bunların azlıq qrupu tankları ilə gəlib nə edəcəklərsə etsinlər, Erdoğan deyib. O, baş komandan olduğunu və bu olaylardan xəbərsiz olduğunu deyir. «Meydanlara gəlin, bunlara layiqli cavab verin. Yapılan işğalı ortadan qaldıracağıq», Erdoğan deyib.

01:37

Hazırda İstanbulda olan azərbaycanlı jurnalist Durna Səfərli Azadlıq Radiosuna bildirir ki, fövqəladə vəziyyət elan olunub, Türkiyədə internet və telefon əlaqələrində problemlər yaranıb, internet zəifləyib.

01:38

"Azərbaycan Saatı" proqramının əməkdaşı Mustafa Akyol hazırda İstanbuldadaır. O, " Türkiyədə hərbi çevriliş olub yoxsa çevrilişə cəhd olub?" - sualına belə cavab verir ki, məlumatlar ziddiyyətlidir, bəziləri deyir ki, çevriliş olub, bəziləri buna cəhddən danışır.

01:50 am:

Ankarada TRT-nin yaxınlığında helikopterdən atəç açılıb. NTV deyir ki, bir vətəndaş yaralanıb.

TRT yaxınlığında polislər də var, amma TRT-də nə baş verdiyi bilinmir. Sadəcə görünən odur ki, bir qrup hərbçi içəri gorib və ordunun bəyanatı oxunub, NTV xəbər verir.

Türkiyədə dövlət çevrilişinə cəhd

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG