Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Türkiyədə toya bomba hücumunda azı 30 nəfər həlak olub


Qaziantepdə bomba partlayışından sonra
Qaziantepdə bomba partlayışından sonra

Türkiyədə toy məclisində törədilmiş bomba partlayışı nəticəsində azı 30 nəfərin həlak olduğu, 100-dək başqalarının yaralandırğı xəbər verilir.

Baş nazirin müavini Mehmet Şimşek Suriya sərhədi yaxınlığındakı Qaziantepdə törədilmiş bomba basqınını “vəhşilik aktı” adlandırıb. Partlayışın intiharçı tərəfindən törədildiyi xəbər verilir.

Türkiyədən alınan ziddiyyətli xəbərlərdə bomba partlayışının arxasında İslam Dövləti adlı təşkilatın dayandığı bildirilir. Bəzi başqa xəbərlərə görə partlayış kürd separatçılar tərəfindən də törədilə bilərdi.

Hadisə yerində çəkilmiş fotolarda üstlərinə ağ parça salınmış bir neçə meyit görünür.

Bomba partlayışının yerli vaxtla axşam saat 9-a 20 dəqiqə qalmış baş verdiyi bildirilib.

Toy məclisi Qaziantep şəhərinin mərkəzi məhəllələrindən birində çadırda keçirilirdi.

Şənbə günü, partlayışdan əvvəl baş nazir Binali Yıldırım Türkiyənin Suriya münaqişəsində daha fəal olacağını və bu ölkənin etnik sərhədlər boyunca bölünməsinə yol verilməyəcəyini bəyan etmişdi.

Partlayışa görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG