Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 08:40

Türkiyədə iki partlayış törədilib


Tükiyə, arxiv fotosu

-

Türkiyənin şərqindəki Van şəhərində bomba qoyulmuş maşın partladılıb. Avqustun 18-də törədilmiş hücumda üç nəfər ölüb, 40 nəfər yaralanıb. Bir neçə saat sonra Elazigdə polis məntəqəsində partlayış törədilib, 3 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hakimiyyət hər iki partlayışa görə Kürdüstan Fəhlə Partiyasını (PKK) suçlayır, amma hələlik, məsuliyyəti götürən olmayıb.

2015-ci ildə PKK ilə sülh sazişi iflasa uğrayandan Türkiyə təhlükəsizlik qüvvələri az qala hər gün silahlılarla toqquşur. Amma Vanda nisbətən sakitçilik olub.

Ən çox zorakılıqlar qonşu Diyarbəkir şəhərində törədilir. Elə avqustun 15-də bomba qoyulmuş maşınla hücumda səkkiz nəfər həlak olub.

1984-cü ildə PKK silahlı mübarizə elan edib. O vaxtdan gedən münaqişədə 40 mindən çox insan həlak olub.

XS
SM
MD
LG