-
İbrahim Qəhrəmanov qəbul imtahanı ərəfəsində dostu ilə 100 manatdan mərc girib. Mərcin şərtlərinə görə İbrahim qəbul imtahanlarında keçid balını yığmalı - minimum nəticəni göstərməli imiş.
Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, abituriyent 3-cü qrup üzrə daha artıq - 532 bal toplayıb. İbrahim hazırda "Sədərək” bazarında fəhlə işləyir.
Xeberle.com saytı yazır ki, İbrahim Qəhrəmanov bütün bunları azvision.az-a açıqlamasında təsdiq edib. O, bildirib ki, dostları ilə etdiyi mərcə əsasən imtahandan belə yüksək bal toplayıb.
Buna da bax: 86 faizin biliyi: 0-199 bal
İ.Qəhrəmanov qeyd edib ki, onun hazırda iki diplomu var: "2007-2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışam. Həmçinin paralel olaraq Türkiyə universitetlərindən birinin diplomunu almışam. 4 illik təhsili başa vurduqdan sonra bank sektorunda çalışdım. Daha sonra çalışdığım bankdan rayonlardan birinə ezam olunmağımı istədilər. Ona görə də işimdən imtina etdim. Bir müddət işsiz qaldım. Amma sonradan fəhlə işləmək qərarına gəldim. Hazırda fəhlə işləyirəm”.
Buna da bax: 700 bal toplayan Orxan: Heç vaxt televizora marağım olmayıb
Belə yüksək nəticə göstərən gənc bildirib ki, hansısa bir universiteti seçmək planı yoxdur: "Çünki bunu etmiyəcəmsə hansısa yeri seçim edib bir gəncin yolunu bağlamaq istəmirəm. Maddi sıxıntı baxımından təhsili davam etdirməyəcəm”. İ.Qəhrəmanov maddi köməklik olunsa da belə təhsilini davam etdirmək istəmir. O, öz ixtisasına uyğun işlə təmin olunmasını istəyir.
İbrahim Qəhrəmanov əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda köhnə mehmanxanada məskunlaşıb.
Buna da bax: Dənizçidən super muğam
Tikintidə işləyən fəhlənin muğam istedadı - Fəhlə muğam oxuyur