Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:03

-

Ali təhsil müəssisələrinə əvvəlki illərin məzunlarının I və IV ixtisas qrupları üzrə mayın 22-də keçirilmiş qəbul imtahanının nəticəsi açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirir ki, imtahanlarda yalnız 10 nəfər 600-700 arası bal toplayıb. 32 nəfərin 500-599, 98 nəfərin 400-499 arası bal topladığı qeyd edilir.

Aşağı bal toplayanlar üstünlük təşkil edir. Onlardan 1109 nəfər 200-299 arasında bal toplayıb. 10214 nəfərin topladığı bal isə 0-199 arasındadır. Bu isə abituriyentlərin 86 faizindən çoxu deməkdir.

Bu, mayın 15-i II və III qruplar üzrə göstərilən nəticədən daha aşağıdır. Onda abituriyentlərin 75 faizindən çoxu 0-199 arasında bal toplamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG