Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

İlk sosial mənzillər Yasamalda tikilməlidir


►Sosial evlərin tikiləcəyi ilk yer müəyyənləşib

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA-dan) bildirir ki, ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında 11,6 hektar sahədə tikiləcək.

Nazirlər Kabinetinin qərarı ilə sözügedən ərazi agentliyin tabeliyində olan MİDA MMC-nin sərəncamına verilib.

“Bütün amillər nəzərə alınıb”

Agentliyin məlumatında qeyd edilir ki, sosial mənzillərdə insanların rahat yaşayışından ötrü zəruri olan bütün amillər nəzərə alınıb:

“İlk güzəştli mənzillərin inşa olunacağı ərazi şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşir. Bu əraziyə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Eyni zamanda, seçilmiş ərazi paytaxtın əsas iş yerinə yaxındır. Bu insanların çox vaxt itirmədən öz iş yerlərinə çatmasına imkan verəcək”.

Buna da bax: "Qiymətlər düşür, amma müştəri yoxdur"

"Qiymətlər düşür, amma müştəri yoxdur"
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Şəhərcikdə çoxmənzilli binalarla yanaşı vətəndaşların zəruri ehtiyaclarının ödənilməsi məqsədilə sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.

Buna da bax: Mənzil sevdasında olanlar

“Tezliklə...”

“Tezliklə tikintinin işçi layihəsinin hazırlanmasına başlanılacaq. Layihələndirmə işləri bitdikdən sonra dərhal inşaata start veriləcək. Artıq mühəndis-kommunikasiya sistemlərinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə texniki şərtlərin alınması işlərinə başlanılıb” deyə məlumatda qeyd edilir

İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.

Dövlət başçısı İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “MİDA” MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək obyektlərin t mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkilməlidir. Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın reyestrində və torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılmalıdır.

MİDA MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalarda mənzillər vətəndaşlara güzəştlərlə satılmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG