Böyük Britaniyanın yeni baş naziri Theresa May bildirib ki, onun ölkəsi nüvə silahından imtina eləməməlidir.
O iyulun 18-də parlamentdə çıxış edərkən bildirib ki, Böyük Britaniyanın nüvə arsenalı təxminən yarım əsrdir ki, ölkənin milli təhlükəsizlik və müdafiə sahələrinin vacib sistemidir və ondan imtina eləmək düzgün olmazdı.
O Rusiya və Şimali Koreya kimi ölkələrdən mümkün təhlükənin hələ də tam real olduğunu vurğulayıb.
Beləliklə baş nazir ölkənin nüvə arsenalının təkmilləşdirilməsi ilə bağlı çoxmilyardlıq planı dəstəkləyib.