UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər var.
453 klubun yer aldığı siyahıya Madridin “Rea”l klubu başçılıq edir. “Bavariya” 2-ci, “Barselona” isə üçüncüdür.
Azərbaycan klublarından ən yaxşı göstərici “Qarabağ”dadır.
Komanda 2 pillə irəliləyərək 120-ci yerdədi.
“Neftçi” də iki pillə irəliləyərək 154-cü yerə qalxıb.
"Qəbələ" 206-cı, “İnter” 3 pillə irəliləyərək 216-cı, “Xəzər Lənkəran” 283-cü, “Kəpəz” 309-cu, “Bakı” isə 318-cü yerə qalxıb.
Qeyd edək ki, reytinq klubların son 5 mövsümdə Avropa kuboklarında göstərdiyi nəticələri əhatə edir.