-
Babək Yaşıl Ağay
Təkmetrajlı O
(səhnə gerçək hadisələr əsasında yazılmışdır)
bir siqaret qutusunun içindən
su pərilərinin islanmış saçından
allahın mavi qaranlıqlarından
gecənin ikisindən üçündən
nə bilim e..
bəlkə vəhşi ərəblərin köçündən
qaçıb gəlmişdi
dodaqları titrəyir
sinəsi çox tez-tez qalxıb enirdi
tövşüyürdü o ki var tövşüyürdü
şou mast qo on
o gün filmin ortasında dərin yuxuya getdim
nyu york zəncisi usandıqca yeyir yedikcə də köpürdü
yuxuda dəvə belində saxara çöllərinə suya getdim
bir afrikalının çatlamış dodaqları gözlüyümə tüpürdü
üstümə gəldilər qamçılarıyla tez oyandım
üz-gözümdəki tər damcılarına günəşin ilk şüaları boyandı
kədərlisə(fil)saçların
saçların qərib(ə) dadır
kim deyir ki yaxşı şahlar təkcə nağıllardadı
saçların kosmos dadır
saçların fəza dadır
saçların süni peyk dadır / ay dadır
qaydadır saçların mənə
postulatlarımdı əzbər bilirəm
saçların nağıl dadır
fillər də mən ağıldadı
suyu elə içirlər deyərsən ki
heyvanlıq tarixinin bütün kədəri
uzun xortumlarındadı
hüzn xortumlarındadı fillərin
məsihdən sonra buz dövrü
ikiminsəninci
ikiminməninci illərdən sonra
ikimionuncu il də çox soyuq keçdi
73 kiloqram çəki dərəcəsində sevişmə
təzə-təzə dərk edirdim qudurğan saçlarını
başın buraxırdı hər şeyin tərtəmiz çiyinlərin
heç bir ölçüyə gəlməyən bədənin müxtəlif anlamlandırılmalara açıq idi
əynimizi döşəmədən birtəhər toplayırdıq
gecədən qalan toranın sinəsinə
dünəndən qalma dirsəklər ucundan
tər süzülürdü isinə-isinə