-
Ukraynada iki il öncə Paris Operasından çıxıb ölkənin şərqində separatçılarla savaşa gedən müğənni öldürülüb.
Vasyl Slipak-ın ölümünü Ukraynanın Avropa Şurasındakı daimi nümayəndəsi Dmytro Kuleba iyunun 29-da “Twitter”də təsdiqləyib.
Ukrayna mediası Donetsk regionundakı əsgərlərə və könüllülərə istinadla yazır ki, Slipak iyunun 29-da səhər 6-da snayperlə vurulub.
Slipak Lviv regionunda doğulmuşdu, 1997-ci ildə Lysenko Musiqi Akademiyasını bitirib. Daha sonra Paris Operasına dəvət olunub və 20 ilədək opera müğənnisi kimi çalışıb.
O, 2014-cü ildə ölkəsinə qayıdıb və Ukraynanın şərqindəki separatçılarla savaşan könüllülərə qoşulub.