Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 10:41

Parisin şimalındakı Sen-Deni şəhərində baş verən güclü yanğında 5 nəfər ölüb, 10-a yaxın adam xəsarət alıb.

Yaşayış binasında baş verən yanğınla mübarizə 3 saatdan çox sürüb.

4 mərtəbəli evdə yanğın yerli vaxrla axşam saat 7 radələrində başlayıb.

Alov bütün binanı bürüyüb.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq,5 nəfər ölüb, 10 nəfərsə ciddi xəsarət alıb.

Onlardan ikisi yanğınsöndürənlər gələnədək özlərini pəncərədən atanlardır.

Alovla mübarizə və xilasedici əməliyyata 60 nəfər cəlb olunub.

Pilləkənlər çökdüyündən yanğınsöndürənlər çöldən hərəkət eləməli olublar.

Saat 10 radələrində binada olanlar və qonşi binadakıların hamısı evakuasiya edilib.

Yanğının səbəbi araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG