Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 11:21

3 FİFA rəsmisi 5 ilə 80 milyon mənisəyib


Seep Blatter

FİFA bəyan edib ki, təşkilatın keçmiş baş katibi Seep Blatter, keçmiş baş katibi Valcke və keçmiş maliyyə direktoru Markus Kattner son 5 ildə FİFA-ya 80 milyon dollar məbləğində ziyan vurublar.

Məlumata görə onlar koordinasiyalı şəkildə hər il öz maaşlarını artırıb, dünya kuboklarına görə özlərinə mükafatlar yazıb və bu kimi digər vasitələrə əl atıblar.

Məsələ İsveçrə prokurorluğu və ABŞ-ın Ədliyyə nazirliyinə göndəriləcək.

İsveçrə prokurorluğ iyunun 2-də yenidən FİFA-nın Sürixdəki ofisində axtarış apararaq bir sıra sənədləri müsadirə edib.

Bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, ötən il təşkilat ətrafındakı korrupsiya qalmaqalına görə qurumunbir sıra yüksək vəzifəli rəsmiləri saxlanıb və barələrində cinayət işi açılıb.

Sepp Blatter buna görə istefa verib və fəaliyyətinə 6 illik qadağa qoyulub.

XS
SM
MD
LG