Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:34

-

Elektron vizaların verilməsi proseduru sadələşdirilə bilər.
Artıq, “ASAN Viza” sistemi yaradılır.

Prezident İlham Əliyev iyunun 1-də bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkəyə gələn əcnəbilərə elektron viza verilməsindən ötrü “ASAN Viza” sistemi yaratmalı, onun idarə olunmasını təmin etməlidir.

“ASAN Viza” sisteminin yaradılmasında məqsəd vizaların əldə edilməsində daha uyğun şəraitin formalaşdırılmasıdır.

Sistem viza alınmasında zəruri olan məlumatların bilavasitə elektron təqdim edilməsinə, rüsumların elektron ödənilməsinə imkan verəcək. Elektron vizanı üç iş günü müddətində əldə etmək mümkün olmalıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG