Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 20:17

İraq ordusu Fəllucəyə hücuma keçib


Foto arxiv

İraq ordusu və şiə birləşməəri Fəllucə şəhərinə hücuma keçib.

Ordu mayın 26-da döyüşlə şəhərə doğru irəliləyib.

Bu şəhər hazırda “İslam Dövləti” qrupunun nəzarətindədir.

Ordu yaraqlıların mövqelərini artilleriya və minaatanlardan atəşə tutur.

Həmçinin təyyarələr yaraqlılara havadan zərbələr endirir.

“İslam Dövləti” qrupu bu şəhəri 2014-cü ilin yanvarında zəbt edib.

Komandanlığın məlumatına görə, İraq ordusu ilə könüllü birləşmələr yaraqlıları Fəllucənin şimal-şərqindəki Karma şəhərindən çıxarıblar.

Şəhərə hücum mayın 23-də baş nazir Haider Abadinin əmriylə başlayıb.

ABŞ hərbçilərinin hesablamasına görə Fəllucədə 500-700 arası yaraqlı var.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri “İslam Dövləti” qrupunun nəzarətindədir.

XS
SM
MD
LG