Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Suriyada iranlılar əsir götürülüb


Suriyada Jaish al-Fatah silahlısı

-

İranlı deputat deyir ki, Suriyada altı iranlı hərbçi əsir götürülüb. Mayın 6-da islamçı yaraqlılarla toqquşmalardan sonra 13 “hərbi müşavir” ölüb, 10-dan çox yaralı var.

Esmail Kowsari-nin bəyanatı iranlı hərbçilərin Suriyadakı həmin toqquşmalardan sonra əsir götürülməsi barədə ilk rəsmi təsdiqdir.

Hələbdən 15 km cənub-qərbdə Xan Tuman şəhərində hücumu Jaish al-Fatah yaraqlıları həyata keçirib. Qrup orada öldürülən və əsir düşən iranlıların fotolarını sosial mediada yerləşdirmişdi.

Bu, İranın Suriyada bir gündə verdiyi ən böyük itkidir. İran qüvvələri Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir.

XS
SM
MD
LG