Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

BBC jurnalisti deportasiya olundu


Pxenyanda bir oteldə media mərkəzi, 9 may, 2016-cı il

-

Şimali Koreya BBC-nin jurnalistini saxlayıb və ölkədən çıxarıb. Jurnalistin hakim partiyanın qurultayından öncə hazırladığı reportaja görə deportasiya olunduğu bildirilir.

BBC vebsaytında bildirib ki, jurnalist Rupert Wingfield-Hayes mayın 6-da Pxenyan aeroportunda saxlanıb. O, BBC-nin iki əməkdaşıyla birlikdə ölkəni tərk edirmiş.

Jurnalist səkkiz saat dindirilib və bəyanat imzalamağa məcbur edilib.

Onlar daha sonra aeroporta aparılıblar.

“Şimali Koreya rəhbərliyi paytaxtda həyatın müxtəlif aspektlərinin işıqlandırılmasından narazı qalıb”, BBC deyir.

Çinin rəsmi Xinhua agentliyinin məlumatına görə, Şimali Koreyanın Sülh Komitəsi mayın 9-da mətbuat konfransı keçirib, Wingfield-Hayes-in “sistemə hücum və qeyri-obyektiv xəbərləməyə görə” ölkədən çıxarıldığını bildirib.

XS
SM
MD
LG