Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 21:57

Oğurlanan ispaniyalı jurnalistlər azad edilib


arxiv foto

Suriyada oğurlandığı güman edilən üç İspaniya jurnalisti azad edilib.

"İspaniya baş nazirin müavini Soraya Saenz de Santamaria mayın 7-də onlarla telefonla danışıb" - hökumət sözçüsü belə deyib.

Jurnalistlərin necə azad olunduğu ilə bağlı məlumat yoxdur, ancaq onların Türkiyədə olduğu məlumdur.

Üç jurnalist - Antonio Pampliega, Jose Manuel Lopez və Angel Sastre Hələbdə ötən ilin yayında itkin düşmüşdülər. İspaniya mediası onların Əl-Qaidənin Suriyadakı qolu Nusra Front tərəfindən oğurlandığını yazmışdı.

XS
SM
MD
LG