Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 22:36

Ukraynaya vizasız rejim təklif edilib


Foto arxiv

Avropa Birliyi Ukraynaya qarşı vizasız rejim tətbiq edilməsini təklif edib.

Birliyin daxili məsələlər üzrə rəsmisi Dimitris Avramopulos aprelin 20-də bəyan edib ki, Brüssel bununla üzərinə götürdüyü öhtəliyi yerinə yetirir.

O bildirib ki, qonşulara birlik göstərmək lazımdır və ümid edir ki, Ukrayna vətəndaşları üçün vizasız gediş-gəliş tezliklə reallaşacaq.

Amma bunun nə vaxt tədbiq olunacağı hələ ki, açıqlanmır.

Bunu Avropa Parlamenti də təsdiqləməlidir.

Avropa Birliyinin genişlənmə və yaxın qonşuluq məsələləri üzrə rəsmisiJohannes Hahn aprelin 20-də Kiyevdə Ukrayna rəhbərliyinə təklifin rəsmi mətnini təqdim edəcək.

XS
SM
MD
LG