Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 01:04

-

Dünya Bankı Belarusun büdcə məsələlərini təkmilləşdirməsi üçün 10 milyon dollar ayırıb. Buraya nağd pul balansının möhkəmləndirilməsi, şəffaflığın artırılması daxildir.

Bankın Belarus üzrə meneceri Young Chul Kim deyib ki, bank Minskin struktur islahatlar planı hazırlamasına kömək edib və büdcə islahatları da həmin planın həyata keçirilməsinə lazımdır.

“Belarus hökuməti bu dəyişikliklərin gərəkdiyini anlayır və ona kömək etməyə hazırıq”, Kim martın 28-də deyib.

1992-ci ildən bəri Dünya Bankı Belarusa, ümumilikdə, 1.6 milyard dollarlıq kredit, vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı və digər layihələrə isə 28 milyon dollarlıq qrant ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG