Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 15:58

Putinlə Kerrynin zarafatı


John Kerry və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin martın 25-də Moskvada ABŞ Dövlət katibi John Kerry ilə görüşdə təyyarədən düşərkən əlindəki qırmızı çantaya işarəylə onunla zarafatlaşıb:

”Bu gün sizi təyyarədən əlində yüklə düşən görəndə bir az üzüldüm. Bir tərəfdən demokratikdir, digər tərəfədn isə hesab edirəm ki, ABŞ-da işlər tamam pisdir. Artıq Dövlət katibinin çantasına kömək edən yoxdur.

Sonra fikirləşdim ki, yəqin çantada elə bir şey var ki, onu heç kimə etibar edə bilmirsiz.

Yəqin ki, vacib məsələlərin həllində alver eləməmiz üçün pul gətirmisiz”.

Kerry isə dərhal deyib:

“Təkbətək görüşəndə çantamda nə olduğun göstərəcəm. Hesab edirəm ki, bu sizi yaxşıca təəccübləndirəcək”.

Qeyd edək ki, liderlər görüşdə əsasən Suriya və Ukrayna məsələsini müzakirə ediblər.

Tərəflər Suriyada sülh prosesini irəli aparmaq razılığıan gəliblər.

XS
SM
MD
LG