Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Ruslar ən yaxşı şairlərini seçiblər


 A.S. Pushkin
A.S. Pushkin

-

Rusiyada tez-tez ədəbiyyat sorğuları keçirən "Levada" sorğu mərkəzi "Ən yaxşı şairimiz kimdir" sualıyla sorğu keçirib.

Rusiyanın 48 regionunda 1600 nəfər arasında aparılmış sorğuda iştirak edən rusların 58 faizi deyib ki, ən yaxşı şair Aleksandr Puşkindir. 41 faiz Sergey Yesenin deyib. 32 faizinsə cavabı Mixail Lermontov olub.

Siyahıda bunların ardınca 15 faiz səslə Aleksandr Blok, 14 faiz səslə V.Mayakovski, 12 faiz səslə Anna Axmatova, 9 faiz səslə Mariya Svetayeva gəlir.

Yevgeni Yevtuşenko, Boris Pasternak, Bulat Okucava, Nikolay Qumilyov kimi tanınmışların adları isə ən az - 2-3 faiz səs toplayanlar arasındadır.

XS
SM
MD
LG