Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 19:16

AzadlıqLive -Wikipedia həm də danışacaq

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:59 11.3.2016

Azərbaycan hökuməti qıraqdan necə görünür?

«Məncə, Azərbaycan hökuməti xalqının maraqlarını güdən hökumətdən çox, sərt strukturlu bir kriminal təşkilatdır. Bu tip təşkilata kredit ayırmazlar». Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Fondundan Sarah Chayes belə deyir.Qərb mediasının icmalı

14:18 11.3.2016

İV Qlobal Bakı Forumu davam edir

Martın 11-də IV Qlobal Bakı Forumunda «Qlobal təhlükəsizliyin təmin olunmasında radikallıq və miqrasiyanın rolu» mövzusunda müzakirə keçirilib. Macarıstanın sabiq baş naziri Péter Medgyessy bildirib ki, müharibələrin dondurulması miqrant axınlarının qarşısını ala bilər. Amma bu da miqrasiya probleminin köklü həlli deyil: «Bu gün yerlərdə miqrantlar artır. Buna görə də həll yollarını yerlərdə axtarmalıyıq."

15:36 11.3.2016

Facebook populyar üzdəyişmə proqramını aldı

Facebook əyləncəli üzdəyişmə proqramı MSQRD-ni satın alıb. Bu barədə proqramın rəsmi bloqunda məlumat verilir.

16:08 11.3.2016

"Microsoft"un Azərbaycanda "qaynar xətt"i

«Microsoft» şirkəti kompüter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə Azərbaycanda «qaynar xətt» açır.

Davamı

XS
SM
MD
LG