Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 01:46

«Dünyada 50-dən çox yoxsul ölkə var»


Yunanıstan-Makedoniya sərhədində qaçqın düşərgəsi.
Yunanıstan-Makedoniya sərhədində qaçqın düşərgəsi.

-

Martın 11-də IV Qlobal Bakı Forumunda «Qlobal təhlükəsizliyin təmin olunmasında radikallıq və miqrasiyanın rolu» mövzusunda müzakirə keçirilib.

«Report»un xəbərinə görə, Macarıstanın sabiq baş naziri Péter Medgyessy bildirib ki, müharibələrin dondurulması miqrant axınlarının qarşısını ala bilər. Amma bu da miqrasiya probleminin köklü həlli deyil: «Bu gün yerlərdə miqrantlar artır. Buna görə də həll yollarını yerlərdə axtarmalıyıq. Biz münaqişə tərəflərini eyni masa ətrafında danışıqlara cəlb etməliyik. Problemlər ancaq danışıqlar yolu ilə həll oluna bilər».
.
Moldovanın sabiq prezidenti Petru Lucinschi isə qeyd edib ki, radikallığın qarşısı alınmasa, dünya ən böyük təhlükə ilə üzləşəcək: «Radikallığın meydana gəlməsi əsas üç faktorla bağlıdır. Birinci demoqrafiya amilidir. Əhalinin sayı daha çox yoxsul və inkişaf etməyən ölkələrdə artır. İkinci amil yoxsulluqdur. Bu gün dünyada 50-dən artıq yoxsul ölkə var. Üçüncü amil isə material zənglikdir».

XS
SM
MD
LG