Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:56

AzadlıqLive -Wikipedia həm də danışacaq

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:14 7.3.2016

Azərbaycanda "məmur sahibkarlığı"dır

«İqtisadi Təşəbbüslərə Yadım» İctimai Birliyinin sədri Azər Mehtiyev AzadlıqRadiosuna Azərbaycanda sahibkarlığın durumunu şərh edərkən deyib ki, Azərbaycanda iqtisadi fəaliyyət sahələrini inhisarda saxlayan məmur sahibkarlığıdır: «Ölkədə qəbul edilən qanunlar nəinki işləmir, hətta qanunvericilikdəki ziddiyyətlərin hamısı sahibkarların əleyhinə istifadə olunur. Yalnız məmurların patronajlığında olan müəssisələr sərbəst fəaliyyət göstərə bilirlər. Məhkəmə sisteminin müstəqil olmaması və korrupsiyalaşması sahibkarların öz problemlərini məhkəmə yolu ilə həllini mümkünsüz edir».

13:21 7.3.2016

Tbilisdidə "Qazpromla" əməkdaşlıq əleyhinə aksiya

Gürcüstanın paytaxtı Tbilisidə bir qrup sakin Rusiya əleyhinə etiraz aksiyası keçirib. Martın 6-dakı aksiyanın iştirakçıları Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığa qarşı petisiya üçün imza toplayıblar.

Gürcüstanda Rusiya əleyhinə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

13:25 7.3.2016

"İşdən çıxarılan icra başçıları həbs oluna bilər"

«İşdən çıxarılan icra başçıları həbs oluna bilərlər və onların fəaliyyətinin yoxlanılmasına başlanılıb».

Bu fikir Cəbrayıl, Laçın və Salyan rayon icra başçılarının işdən çıxarılması ilə bağlı «Azadlıq» qəzetində dərc olunmuş məqalədə əks olunub: «İşdən çıxarılan icra başçılarının məsuliyyətə cəlb ediləcəkləri haqda da iddialar var. Mahmud Quliyevin, Akif Səlimovun və Tahir Kərimovun fəaliyyətinin yoxlanılmasına tapşırıq verilib».

Məqalədə qeyd edilir ki, keçmiş icra başçıları heç də bu illər ərzində şəffaf, düzgün fəaliyyət göstərməyiblər. Bəzilərinin müxtəlif obyektləri var. Media icmalı

13:33 7.3.2016

İdman yarışlarına az qala yarım milyard xərclənəcək

«Bu ilin büdcəsində beynəlxalq idman tədbirlərinin keçirilməsi xərcləri elm xərclərindən 3 dəfə çox nəzərdə tutulub».

Bunu iqtisadçı Qubad İbadoğlu yazıb. O qeyd edir ki, 2016-cı ilin yenilənən büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403.87 milyon manat vəsait ayrılıb. O yazır ki, bu büdcədən "böhran iyi" gəlmir.

Davamı

XS
SM
MD
LG