Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 19:57

AzadlıqLive -Wikipedia həm də danışacaq

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

16:56 11.3.2016

Futbol ulduzu Bakıya gəlib

1998-ci ilin dünya çempionu, Fransa yığmasının və "Yuventus"un keçmiş futbol ulduzu David Trezeguet "Yuventus"un Azәrbaycan Uşaq Futbol düşәrgәsinin açılışı üçün Bakıya gəlib. Düşərgə iİyun ayının 5-indәn 12-nә kimi Bakıda fəaliyyət göstərəcək.

17:15 11.3.2016

Keçmiş nazir nədən və niyə ölüb?

Kreml Rusiyanın keçmiş media naziri Mikhail Lesinin ölümü ilə bağlı Amerika tərəfdən detallı informasiya gözləyir. Bunu martın 11-də prezidentin sözçüsü Dmitri Peskov deyib. Martın 10-da Vaşinqtonun baş məhkəmə eksperti idarəsi bildirdi ki, keçən il Lesinin ABŞ-dakı ölümünün səbəbi "başın küt travmaları" olub.

17:58 11.3.2016

Trezeguet Bakıya heyran olub

"Yuventus"un keçmiş ulduzu Trezeguet Bakıda deyib:" "Yuventus" olaraq düşünürük ki, Azәrbaycanda da futbolun inkişafı üçün nәsә etmәk lazımdır. Klubumuz bu ölkәyә investisya qoymağı qərara aldı". O həmçinin deyib ki, Bakıya heyran olub və bura yenə gələcək.

18:06 11.3.2016

Eks-naziri döyüblərmiş?

New York Times qəzeti martın 11-də adı çəkilməyən ABŞ məmuruna istinadla yazıb ki, Mikhail Lesinin bədənində küt travmalar o, hotelə gəlməzdən əvvəl olub. İstintaqın məlumatına görə, küt travmalar Lesinin başında, boynunda, bədənində və ayaqlarında var.

Rusiyanın keçmiş naziri keçən il noyabrın 5-də ABŞ-da hoteldə ölü tapılıb.

Davamı

XS
SM
MD
LG