Eurovisionda Azərbaycan təmsilçisi bəlli oldu
Martın 10-da Azərbaycanı builki «Eurovision» mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.
İTV-nin yaydığı xəbərə görə, münsiflər heyəti Azərbaycanı Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, mahnı müsabiqəsində «Miracle» mahnısını ifa edəcək.
Samir Şərifovun 3 qat agent olması iddiasıana nazirlikdən reaksiya
Ukraynanın "Qordon" agentliyinə müsahibəsində keçmiş KGB-çi, indi isə ABŞ-ın maliyyə analitiki Yuri Shvets Azərbaycanın maliyyə naziri Samir Şərifovun 3 qat agent olduğunu deyib. Onun sözlərinə görə, Şərifov Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanlarına işləyir. Bu müsahibə Azərbaycan medisında yer alandan sonra "APA-Economics" bu iddialarla bağlı Maliyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb.
Nazirliyin mətbuat katibi Mais Piriyev sorğuya cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Shvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"
Bu il martın 10-u Ümumdünya Böyrək günüdür
Dünyada 500 milyondan artıq insan, hər 10 yetkin insandan biri böyrək xəstəliklərindən əziyyət çəkir. Hər il milyonlarla insan böyrək çatışmazlığının yaratdığı insult və infarktdan vaxtsız vəfat edir. Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 2842 xəstə qeydə alınıb.
"Neftin qiyməti 60 dolları ötə bilər"
"Amma bundan ötrü OPEC və digər ölkələr neft hasilatını azaltmalıdır». APA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında «Gazprom» şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.