22000 İŞİD-çinin adı bəlli olub
İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının 22 min yaraqlısının adı, ünvanı, telefon nömrəsi və ailə kontaktları olan sənədlər Sky News tərəfindən əldə olunub.
Novruz ərəfəsi əfv olacaq
Millət vəkili Cavanşir Paşazadə jurnalistlərin suallarını cavablayıb: devalvasiya, bank kreditləri, əfv, vətəndaşın polisə işləməsi.
"Rusiya ərazimizin 20 faizini işğal edib"
IV Qlobal Bakı Forumunda çıxış edən Gürcüstan prezidenti Giorgi Margvelashvili deyib ki, «Rusiya ərzimizin 20 faizini işğal edib. Əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib. Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il belə dramatik vəziyyəti dost Ukraynada gördük, Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir."
"Neftdən sonrakı dövr başladı"
IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: «Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir."