Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:44

«Böyrək günü» uşaqlara həsr edilib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bu il martın 10-u Ümumdünya Böyrək günüdür. 2006-cı ildən başlayaraq Beynəlxalq Nefrologiya Federasiyası hər il martın 2-ci cümə axşamını böyrək xəstəlikləri günü kimi qeyd edir. Azərbaycan da daxil olmaqla, 154 ölkənin həkimləri bu prosesə qoşulub. Məqsəd böyrək xəstəliklərinin profilaktikasına, düzgün müalicəsinə diqqəti artırmaqdır. Nefroloqlar həmçinin xroniki böyrək çatışmazlığına səbəb ola bilən başqa xəstəliklərin (şəkərli diabet, arterial hipertenziya) müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əhali arasında təbliğat kampaniyasını gücləndirməyə çağırırlar.

Dünyada 500 milyondan artıq insan, hər 10 yetkin insandan biri böyrək xəstəliklərindən əziyyət çəkir. Hər il milyonlarla insan böyrək çatışmazlığının yaratdığı insult və infarktdan vaxtsız vəfat edir. Federasiyanın 2016-cı il üçün Böyrək gününün şüarı isə belədir: «Böyrək xəstəlikləri və uşaqlar. Qarşısını almağa tələsin!».

Bu gün Azərbaycan Tibb Universitetində böyrək xəstəlikləri ilə bağlı elmi-praktiki konfrans keçirilir. Ölkənin bütün hemodializ şöbələrinin əməkdaşları, nefroloqlar, transplantoloqlar bu konfransda iştirak edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən «Turan»a verilən məlumata görə, konfransda son illərdə bu sahədəki yeniliklərlə bağlı elmi məruzələr dinləniləcək, tövsiyələr veriləcək.

M.Cavadzadə adına Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev «Turan»ın əməkdaşına bildirib ki, bu il yanvarın 1-dək ölkədə böyrək çatışmazlığından əziyyət çəkən 2842 xəstə qeydə alınıb. Onlardan 1138 nəfəri Bakıda, 1704 nəfəri isə regionlarda hemodializ xidməti ilə təmin olunub.

XS
SM
MD
LG