9 mart - Avropada futbol günü
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
21:00 (Bakı vaxtı). "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)
İlk oyun - 0:1
23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:2
Dollar bahalanır
Martın 10-na məzənnə - bir dollar 1,6315 manatdır. Martın 9-da 1 ABŞ dolları 1,6228 manat olmuşdu.
Bakıda yeni sürüşmə zonaları
Coğrafiya İnstitutu Bakıda sürüşmə zonalarının areallarını müəyyən edib. Bəlli olub ki, paytaxtda hazırkı sahələrindən təqribən 7-8 dəfə artıq potensial sürüşmə zonaları mövcuddur.
Daha çox potensial təhlükəli sürüşmə zonaları Qaradağ, qismən isə Binəqədi və Səbail rayonlarının ərazisinə aiddir. Lökbatan, Sulutəpə, Səngəçal və Ələt ətrafı sahələrdə yeni sürüşmə zonaları müəyyən edilib.
Wachowski qardaşları Wachowski bacıları oldular
Məşhur "Matritsa" filminin prodüsserləri Wachowski qardaşları Wachowski bacıları oldular.
48 yaşlı Andy transgender qadın oldu, adını da dəyişib, Lilly qoydu. Digər keçmiş və böyük qardaş Larry isə 2003-cü ildən transgender qadındır, adı da Lanadır (Daily Mail qəzeti).