Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 09:12

Bakıda yeni sürüşən yerlər


Bayılda sürüşmə

-

Coğrafiya İnstitutu Bakıda sürüşmə zonalarının areallarını müəyyən edib. Bəlli olub ki, paytaxtda hazırkı sahələrindən təqribən 7-8 dəfə artıq potensial sürüşmə zonaları mövcuddur.

Bunu APA-ya Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə söyləyib.

O bildirib ki, daha çox potensial təhlükəli sürüşmə zonaları Qaradağ, qismən isə Binəqədi və Səbail rayonlarının ərazisinə aiddir. Lökbatan, Sulutəpə, Səngəçal və Ələt ətrafı sahələrdə yeni sürüşmə zonaları müəyyən edilib.

Bakıda isə indiyədək bəlli olan təhlükəli ərazilərdən başqa Qurd Qapısı, Qanlı göl ətrafı, Xocəsən gölü ətrafı, Bakı Amfiteatrı və Şıx çimərliyi yaxınlığındakı dağ yamaclarında yeni təhlükəli sahələr müəyyən edilib.

XS
SM
MD
LG