Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 11:08
PZRK
PZRK

AzadlıqLive - Rusiya Ermənistana hansı silahları verir?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

13:01 16.2.2016

Özəlləşdirmədən büdcəyə indiyədək 1 milyard gəlib

«1996-cı ildən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilib. Onların tabeliyindəki müəssisə və obyektlər özəlləşdirməyə açıq elan olunub. Bununla da özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin formalaşdırılıb».

«Report» xəbərinə görə, bu fikriləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.

Sədr müavini qeyd edib ki, özəlləşdirmənin başlandığı dövrdən indiyədək xidmət, iaşə, ticarət sahələrinə aid 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

13:05 16.2.2016

Rusiya Ukrayna yük maşınlarının hərəkətini dayandırdı

Rusiya ərazisində Ukraynanın 197 yük maşınının hərəkəti dayandırılıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Ukrayna Rusiya yük maşınlarının tranzitini dayandırıb. Kiyev bununla Rusiyanın analoji addımına cavab verdiyini, Moskvanın Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozduğunu bildirib.

14:05 16.2.2016

Zəlzələ siqnalı mobil telefona!

Zəlzələni öncədən xəbərləyən pulsuz mobil proqram hazırlanıb.

«My Shake» («Mənim titrəyişim») adlanan proqramı Kaliforniyanın Berkli Universitetində çalışan araşdırıcılar hazırlayıblar.

14:41 16.2.2016

Doqquz mikrorayonda köhnə binalar söküləcək...

“Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb”.

APA-nın məlumatına görə, bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur:
“Yeni tikilən binalardakı əlavə sahələr hesabına şirkətlər xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”.

Davamı

XS
SM
MD
LG