Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:36

Rusiya Federasiyasının yollarındakı qorxu və acgözlük


arxiv foto
arxiv foto

-

Sığorta şirkəti keçiddə onu vuran avtomobilin qırılmış fənərinə görə yeniyetmədən pul istəyir.

Uralın Revda şəhərində sığorta şirkəti məhkəmə vasitəsilə maşının altına düşüb ayağını ciddi zədələyən 15 yaşlı yeniyetmədən təzminat qoparmağa çalışır. Sən demə, ölümdən qurtaran həmin yeniyetmə maşının fənərini qırıbmış. Yeniyetməni piyada keçidində 28 yaşlı Mixail Tselişşev vurub. Amma işə baxan Revda məhkəməsi düz iki dəfə qəzaya görə yeniyetməni təqsirkar bilib. ​“Mənə zəng edib deyirlər ki, onun polisdə hansısa əlaqələri var”, - məhkəmə prosesinin gedişi haqda danışan oğlanın anası belə deyir.

arxiv foto
arxiv foto

Yeniyetmənin ailəsi sürücüdən müalicə üçün pul tələb etməyib. Amma Tselişşev cəld tərpənib, onun sığorta şirkəti oğlanın ailəsindən Rusiya istehsalı “Lada” avtromobilinin adi fənərinin zədələnməsinə görə 28 min publ tələb edir. Necə deyərlər, oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı...

Gerasimovların isə pulu yoxdur. Onlar yeniyetmənin müalicəsi üçün böyük məbləğdə kredit götürməli olublar.

Elena yerli xəstəxananın yeməkxanasında işləyir, oğlanın atası isə təqaüdçüdür.

Qoşa deyir ki, adəti üzrə səhər saat 6-da məktəbə gedərkən yolu keçmək istəyib. Ətrafına baxıb və sağ tərəfdə uzaqdan gələn “Lada”nı görüb:

“Maşın uzaqda idi. Amma mən yolu keçərkən o sürətini artırdı, mən də qaçaraq keçmək istədim. Nənəm keçdi mən isə çatdıra bilmədim...”

arxiv foto
arxiv foto

Maşın Qoşanı səkinin bir metrliyində vurub. Əsas zərbə onun sağ ayağına dəyib. Bir neçə əməliyyatdan sonra onun damarlarında problem yaranıb.

Anası Yelena Gerasimova deyir:

“Açıq sınıq olmasa da, dərinin altında sümüyün necə sallandığı aydınca görünürdü”.

Yelena oğlunun rengen şəkillərini və başqa tibbi sənədləri saxlayaraq müalicə üçün xərclədikləri pulu məhkəmə yolu ilə alacaqlarına ümid edir.

Yüksək səviyyəli instansiya məhkəməsi sübutların çatışmazlığı səbəbindən yeniyetmənin günahkar olması barədə qərarı ləğv edib. Amma sığorta şirkəti hələ də Gerasimovlardan pul tələb etməkdə davam edir.

Bu cür hadisələr Rusiyada getdikcə daha tez-tez baş verir. Risk qrupuna polisdə və məhkəmədə əlaqələri olmayan adamlar düşür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG